Azərbaycanın Ekologiya Nazirliyi Xəzərdəki kefal balıqlarının virusa yoluxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Posted by

Azərbaycanın Ekologiya Nazirliyi Xəzərdəki kefal balıqlarının virusa yoluxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycanın Ekologiya Nazirliyi Xəzərdəki kefal balıqlarının virusa yoluxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycanın Ekologiya Nazirliyi Xəzərdəki kefal balıqlarının virusa yoluxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin Xəzərdəki kefal balıqlarının virusa yoluxması və insanların onlardan istifadə etməsinin təhlükəli olması barədə məlumat yaydıqdan sonra əhali arasında yaranan narahatlığa aydınlqı gətirib.

Nazirliyin Elmi-Tədqiqat Balıqçılıq Təsərrüfatı İnstitutunun direktoru Mehman Axundov Trend-ə bildirib ki, İran tərəfi Xəzər dənizindəki kefal balıqlarının hansı virusa yoluxduğunu açıqlamır. Ancaq ümumiyyətlə, balıqlarda olan viruslar insanlara keçmir. Buna görə də insanlar kefal balıqlarından istifadə edə bilərlər: “İran tərəfi insanları məlumatlandırır ki, bu balıqlarla qidalanmaq olmaz. Ancaq bu, düzgün deyil. Çünki balıqların xəstəliyi insana keçmir. Nadir hallarda olur ki, heyvanlardakı hansısa virus insana keçir”.

Bu məsələlərlə bağlı araşdırmaların aparılmasını vacib sayan M.Axundov deyib ki, hazırda Xəzərdəki balıqlarların sağlamlıq durumu normal qiymətləndirilir.

O qeyd edib ki, kefal Xəzərdə ən çox yayılmış və ehtiyatı çox olan balıqdır. 1930-cu illərin əvvəllərində Qara dənizdən Xəzər dənizinə kefal balıqlarının 3 növü gətirilsə də, onların 2-si Xəzərə adaptasiya olunub: “Bu balıq şimal tərəflərdə az yayılıb, çünki kefallar sırf dəniz suyunda yaşan balıqlardır. Ancaq Orta Xəzərdə kifayət qədər kefal balıqları var. Belə balıqlar daha çox Cənubi Xəzərdədir. Cənubi Xəzərdə bu balıqlar daha çox soyuq aylarda – noyabr, dekabr, yanvar, fevral, martda olur. Ancaq böyük kefal balıqları ən çox İran tərəfdə olur. Xəzərin Azərbaycan sektorunda əsasən onların körpələrinə rast gəlinir”.

M.Axundov deyib ki, kefallar dənizin dərinliklərində üzür və dənizin dib çöküntüləri olan müxtəlif orqanizmlərlə qidalanırlar.

Qeyd edək ki, İranın Mazandaran əyalətinin Baytarlıq İdarəsinin rəisi Məcid Bəxtiyari Xəzər dənizindəki kefal balıqlarının virusa yoluxduğunu və bu növ balıqların istifadəsinin zərərli olduğunu söyləyib. O bildirib ki, Xəzər dənizində kefal balıqların ölüm halları günbəgün artmaqdadır. Ölmüş kefal balıqlarının üzərində aparılan analizlərin 45 gün ərzində yekun nəticələri açıqlanacaq.

 

Trend.az