Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə sadələşdirilmiş viza rejimi tətbiq edilə bilər
Azərbaycanın diaspor təşkilatlarının rəhbərlərinə münasibətdə sadələşdirilmiş viza rejiminin tətbiqi üçün müzakirələr aparılacaq. Bunu Trend-ə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov deyib.
Onun sözlərinə görə, yay aylarında müvafiq dövlət qurumları və diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə videokonfrans təşkil olunacaq və təkliflər müzakirə ediləcək.
N.Qurbanovun fikrincə, diaspor təşkilatlarının rəhbərlərinə sadələşdirilmiş viza rejiminin tətbiqi mümkün ola bilər.
Trend.az