Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi 28 May – Respublika Günü münasibətilə qəbul keçirib

Posted by

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi 28 May - Respublika Günü münasibətilə qəbul keçirib

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi 28 May – Respublika Günü münasibətilə qəbul keçirib

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi 28 May - Respublika Günü münasibətilə qəbul keçirib

Azərbaycanın BMT-nin Cenevrə şəhərindəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən 28 May – Respublika Günü münasibətilə Cenevrə şəhərində rəsmi qəbul mərasimi təşkil edilib.

 

Nümayəndəlikdən APA-ya verilən məlumata görə, tədbirdə BMT-nin Cenevrə şəhərindəki bölməsinin baş direktoru M.Moller, Cenevrə şəhərində yerləşən beynəlxalq təşkilatların rəhbər şəxsləri, BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri və əməkdaşları, Cenevrə kantonunun rəsmiləri, Cenevrədə yerləşən ali təhsil ocaqlarının müəllim heyətləri, İsveçrədə yaşayan soydaşlarımız, gənclər və Azərbaycanlı tələbələr iştirak ediblər.

 

Rəsmi qəbul çərçivəsində ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti, habelə turizm potensialını əks etdirən materiallardan ibarət sərgi təşkil olunub, milli musiqi səsləndirilmiş, slaydşou və videoçarx yayımlanmış, tədbir iştirakçılarına Azərbaycanın tarixi və mədəniyyəti, qədim dövlətçilik ənənələri barədə məlumat verilib. Eyni zamanda tədbir iştirakçılarına ölkəmizin tarixini, mədəniyyətini və incəsənətini, habelə turizm potensialını əks etdirən kitablar, nəşrlər və suvenirlər hədiyyə edilib.

 

Apa.az