Azərbaycanın CAR-dakı səfirliyi Afrika Günündə iştirak edib

Posted by

Azərbaycanın CAR-dakı səfirliyi Afrika Günündə iştirak edib

Azərbaycanın CAR-dakı səfirliyi Afrika Günündə iştirak edib

Azərbaycanın CAR-dakı səfirliyi Afrika Günündə iştirak edib

Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyi Pretoriya şəhərində Beynəlxalq Əlaqələr və Əməkdaşlıq departamenti, Cənubi Afrikanın Afrika İnstitutu və bir sıra yerli təşkilatlar tərəfindən təşkil edilən Afrika Günü (Africa Day Expo) festivalında ilk dəfə iştirak edib. Səfirlikdən APA-ya verilən məlumata görə, 2010-cu ildən təşkil edilən ənənəvi yarmarkada CAR-da fəaliyyət göstərən yalnız Afrika ölkələrinin diplomatik korpusunun nümayəndələrinə öz ölkələrinin tarixi və mədəniyyətini təqdim etmək şəraiti yaradılır və bu il ilk dəfə olaraq tədbirə Azərbaycan səfirliyi də dəvət olunub. Səfirlik öz növbəsində “CAR-da Azərbaycan Dostları” qeyri-hökumət təşkilatı ilə birlikdə Azərbaycan üçün ayrılmış hissədə ölkənin tarixinə və müasir dövrünə aid fotoşəkillər, xalçalar, kitablar və ölkə mədəniyyətini əks etdirən digər əşyalar nümayiş etdirib.

 

Sərgi zamanı ziyarətçilərə Azərbaycan haqda broşür və bukletlər təqdim edilib, Heydər Əliyev Fondunun Dağlıq Qarabağ münaqişəsinə və digər mövzulara həsr edilmiş çap materialı paylanıb.

 

 

Apa.az