Azərbaycanın buraxılış siniflərində təhsil alan şagirdlər haqqında məlumatlar TQDK-ya təqdim olunur

Posted by

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) “Şagird-məzun” sisteminə ümumtəhsil müəssisələrinin buraxılış sinif şagirdləri haqqında məlumatların daxil edilməsi prosesi davam edir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ümumtəhsil müəssisələri tərəfindən sistemə 204115 şagird barədə məlumatlar təqdim edilib. Onlardan 172 662 şagirdin (84,59%) məlumatları sistemə daxil olunub, 144 972 şagirdin (71,02%) məlumatları təsdiq olunub.

Naxçıvan şəhəri, Naxçıvanın Sədərək, Culfa, Kəngərli, Ordubad, Şahbuz rayonları, o cümlədən Naftalan şəhərinin bütün məktəbləri tərəfindən şagirdlər barədə məlumatlar “Şagird-məzun” sisteminə daxil edilib.

TQDK təhsil müəssisələrinin nəzərinə çatdırır ki, ümumtəhsil müəssisələrinin 2013/2014-cü tədris ili buraxılış sinif şagirdlərinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirakı məqsədilə elektron ərizənin təqdim edilməsi üçün “Şagird-məzun” sisteminə daxil edilmiş məlumatların təsdiq edilməsi zəruridir. Bunu nəzərə alaraq şəhər (rayon) təhsil şöbələri və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edilir ki, daxil edilməmiş məlumatların “Şagird-məzun” sisteminə əlavə edilərək təsdiq edilməsini təmin etsinlər.

Apa.az