Azərbaycanın bütün orta məktəblərindəki hərbi hazırlıq kabinetləri yenilənəcək

Posted by

Azərbaycanın bütün orta məktəblərindəki hərbi hazırlıq kabinetləri yenilənəcəkAzərbaycanın bütün orta məktəblərindəki hərbi hazırlıq kabinetləri yenilənəcək

Azərbaycanın bütün orta məktəblərindəki hərbi hazırlıq kabinetləri yenilənəcək

Azərbaycanın bütün orta məktəblərindəki hərbi hazırlıq kabinetləri yeni avadanlıqlarla təmin ediləcək. Trend-in məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, Müdafiə Sənayesi Nazirliyinin “Kosmik” Cihazqayırma Təcrübi Zavodu ilə birgə ölkədəki bütün orta məktəblərin hərbi otaqlarının Azərbaycanda istehsal olunan coxşaxəli, xüsusi avadanlıqlarla təmini üçün işlərə başlanılıb. Bu il ərzində 50 məktəbdə hərbi kabinetlər həmin avandıqlarla təmin ediləcək.

 

O, qeyd edib ki, hazırda orta məktəblərdə hərbi hazırlıq və fiziki hazırlıq dərslərinin tədris yükü 2 saatdır.

 

M.Cabbarov Azərbaycanda orta məktəblərdə fakültativ dərs kimi Qarabağ tarixinin tədrisinə başlanıldığını da vurğulayıb.

 

Trend.az