Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyi bəyanat yayıb

Posted by

Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyi bəyanat yayıb“Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi uğrunda həyata keçirə biləcəyi istənilən fəaliyyətin məsuliyyəti tamamilə Ermənistanın üzərinə düşür”

Azərbaycanın BMT-nin Cenevrə ofisindəki daimi nümayəndəliyi bəyanat yayıb

“Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdə mövcudluğu və qanunsuz fəaliyyəti ilə əlaqədar Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyü və suverenliyi uğrunda həyata keçirməyə vadar ola biləcəyi istənilən fəaliyyətin məsuliyyəti tamamilə Ermənistan Respublikasının üzərinə düşür”.

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin Şuşanın işğalının 23-cü ildönümü ilə bağlı yaydığı mətbuat açıqlamasında deyilir.

 

Açıqlamada bildirilir ki, işğaldan 23 il keçməsinə baxmayaraq, BMT-nin Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını tərk etməsi tələbinin əks olunduğu qətnamələri yerinə yetirilməyib: “Azərbaycan Respublikası əmindir ki, Cənubi Qafqazda uzunmüddətli sülh, təhlükəsizlik və stabillik üçün Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən qanunsuz işğalı başa çatdırılmalı, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları ilə bağlı müstəsna hüquları tanınmalı və təmin edilməlidir”.

 

Apa.az