Azərbaycanın bölgələrində hibrid tipli istilik və elektrik stansiyaları tikiləcək

Posted by

Azərbaycanın Siyəzən və Şəki rayonlarının qəsəbələrində alternativ enerji mənbələri ilə təchiz olunan idman zalları tikiləcək.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, bundan başqa, Naxçıvan, Neftçala, Oğuz, Gədəbəy və Balakən rayonlarında hər biri 10 MVt gücündə olmaqla, hibrid tipli (günəş, külək, bioqaz) istilik və elektrik stansiyaları inşa olunacaq.

Hazırda bununla bağlı texniki-iqtisadi əsaslandırma sənədləri hazırlanır. Texniki-iqtisadi əsaslandırma hazırlandıqdan sonra, hibrid stansiyalarının inşasına başlanacaq.

Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ilk növbədə elmi-texniki təyinatlı istehsalat sahəsi olduğundan mütəxəssislərin iştirakı ilə ölkədə bərpa olunan enerji mənbələrinin uçotunun aparılması və enerjidən səmərəli istifadəni təşkil etmək məqsədi ilə enerji kadastrları yaradılır və müvafiq xəritələr işlənilir.

Qeyd edək ki, 2020-ci ilə qədər Azərbaycanın enerji balansında alternativ və bərpa olunan enerjinin payının 20%-ə çatdırılması nəzərdə tutulub. Növbəti 10 ildə isə bu rəqəm daha da artırılacaq.

Apa.az