Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

Posted by

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva doğum gününü uşaqlarla birlikdə qeyd edib.

Avqustun 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik keçirilib.

Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib. Bununla da xeyriyyəçiliyi, böyüməkdə olan nəslin hərtərəfli qayğı ilə əhatə olunmasını, müxtəlif humanitar aksiyaları fəaliyyətinin prioritet istiqamətlərinə çevirən Heydər Əliyev Fondunun prezidenti paytaxtdakı uşaq müəssisələrinin sakinlərinə növbəti dəfə unudulmaz bir gün yaşadıb. Tədbirdə balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar müxtəlif rəqslər və mahnılar ifa etdilər.

Balacalar yalnız uşaqlara xas olan qayğısızlıqla ətrafdakılarla öz sevinclərini bölüşdülər. Bu təbəssümü isə onlara Mehriban Əliyeva bəxş etdi. Fondun təşkil etdiyi növbəti xeyriyyə aksiyası sayəsində uşaqlar daha bir mənalı və yaddaqalan gün yaşadılar.

Azərbaycanın birinci xanımının rəhbərliyi ilə Heydər Əliyev Fondu yarandığı gündən indiyədək çoxlu sayda humanitar layihələr həyata keçirib. Fondun fəaliyyət proqramına təhsil, səhiyyə sahələri, uşaq evləri və internat məktəblərinin maddi-texniki təchizatı, ictimaiyyətin bu prosesdə iştirakının fəallaşdırılması sahəsində işlər daxildir. Fəaliyyətində “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə də azdır” şüarını əsas götürən Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum, kimsəsiz uşaqlara qayğı missiyasına uyğun olaraq Bakı şəhərinin internat məktəbləri və uşaq evləri üzrə hazırlanan proqram bu istiqamətdə həyata keçirilən ən mühüm tədbirlərdəndir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birgə rəqs etdilər.

Tədbirdə uşaqların istedadlarını nümayiş etdirmələri üçün xüsusi guşələr də yaradılmışdır.

Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar, səhnəciklər, oynaq, şux mahnılar, rəqslər tədbiri daha da rəngarəng etdi.

Şənlikdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr təqdim olundu.

 

Trend/az