Azərbaycanın bir sıra şəhər və rayonlarının icra hakimiyyəti başçıları Fransada işgüzar görüşlər keçirirlər

Posted by

Azərbaycanın bir sıra şəhər və rayonlarının icra hakimiyyəti başçıları Fransada işgüzar görüşlər keçirirlərAzərbaycanın bir sıra şəhər və rayonlarının icra hakimiyyəti başçıları Fransada işgüzar görüşlər keçirirlər

Azərbaycanın bir sıra şəhər və rayonlarının icra hakimiyyəti başçıları Fransada işgüzar görüşlər keçirirlər

Fransada səfərdə olan Azərbaycanın Yevlax, Kəpəz, Naftalan, Lerik, Zərdab, Xocalı, Cəbrayıl, Zəngilan, Sədərək, Kəngərli, Qax, Goranboy və Göygöl rayonlarının icra hakimiyyətlarinin başçıları işgüzar görüşlər keçiriblər.

Fransanın Merlər Assosasiyasında keçirilən görüşdə assosasiyanın sədri Jak Pelisar rəhbərlik etdiyi qurumun müstəqil fəaliyyət göstərdiyini, Fransanın bütün icmalarını özündə birləşdirdiyini, əhalinin sayına görə icmaların müxtəlif olduğunu, təşkilatın fəaliyyətinin təhsil, ekologiya, maliyyə kimi sahələri əhatə etdiyini diqqətə çatdırıb.

Assosasiyada çalışan 70 nəfər şəhərlərin idarə olunması sahəsində böyük təcrübəyə malik oluqlarını, şəhərsalma ilə bağlı qanunvericiliyin elmi müddəalarını yaxşı mənimsədiklərini vurğulayan Jak Pelisar ilk dəfə Azərbaycanın bir sıra şəhər və rayonlarının icra başçıları ilə görüşdüyünü, gələcəkdə şəhərsalma məsələsində birgə əməkdaşlığın davam etdiriləcəyinə və əldə olunan təcrübələri bölüşdürüləcəyinə ümidvar olduğunu bildirib. Eyni zamanda, Azərbaycanın tarixindən, mədəniyyətindən, əhalisinin sayından, iqtisadiyyatının sürətlə inkişaf etməsindən müəyyən məlumatı olduğunu qeyd edib.

Milli Assambleyada Alenson şəhərinin meri, Orn vilayətinin deputatı Yoakim Pöyo ilə Azərbaycan nümayəndə heyətinin körüşündə mer Alenson şəhəri barədə məlumat verib.

Alenson şəhərində Orn departamentinin ali şurasının sədri və Vimutye şəhərinin meri Qi Romanlə görüşdə iqtisadi sahədə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin və şəhər quruculuğu sahəsində təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Vəfadar Bağırov keçirilən görüşlərdə Azərbaycanın son illər iqtisadi cəhətdən inkişaf edən ölkələrdən biri olduğunu, Fransanın ilk ölkələrdən biri kimi Azərbaycanın müstəqilliyini tanıdığını, ölkələrimiz arasında iqtisadi və mədəni sahələrdə yüksək səviyyədə əlaqələr yarandığını, müstəqillik illərində ölkəmizin çox böyük inkişafa nail olduğunu xüsusi vurğulayıb.

Paytaxt Bakı şəhəri ilə yanaşı regionlarda da inkişafın özünü büruzə verdiyini bildirən V.Bağırov bu inkişafa yardım etmək məqsədilə iri layihələrin həyata keçirildiyini, Azərbaycanın bəzi şəhər və rayonları ilə Fransanın ayrı-ayrı şəhər və rayonlarının qardaşlaşmasının ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafının bariz nümunəsi olduğunu, səfərin şəhərsalma, nəqliyyatın, kommunal sahələrin və ümumilikdə şəhər təsərrüfatının və infrastrukturaların inkişaf etdirilməsi sahəsində Fransanın təcrübəsi ilə yaxından tanışlıq məqsədi daşıdığını diqqətə çatdırıb.

Azərbaycan nümayəndə heyətinin tərkibində Ermənistan tərəfindən işğal edilmiş Xocalı, Zəngilan və Cəbrayıl rayonlarının icra hakimiyyəti başçılarının iştirakı etdiyini xatırladan Vəfadar Bağırov bu rayonlarının əhalisinin erməni hərbi birləşmləri tərəfindən ata-baba yurdlarından silah gücünə çıxarıldığını, onların ölkəmizin müxtəlif şəhər və rayonlarında qaçqın və məcburi köçkün kimi məskunlaşdığını bildirib.

Azərbaycanın bir çox beynəlxalq təşkilatlara üzv olduğunu xatırladan Administrasiya rəsmisi Ermənistan istisna olmaqla ölkəmizin digər qonşularla mehriban və dostluq münasibətləri bəslədiyni, Avropa dəyərlərinə inteqrasiya etməkdə maraqlı olduğunu bildirib. Ermənistanın Azərbaycana qaşı elan olunmamış müharibə apardığını, ərazilərimizin 20 faizini işğal etdiyini qeyd edib. Fransanın da həmsədr ölkələrdən biri olduğu ATƏT-in Minsk qrupunun 20 illik fəaliyyəti ərzində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində irəliləyişə nail olmadığını, Azərbaycanın məsələnin sülh yolu ilə həllinə üstünlük verdiyini qeyd edən V.Bağırov Fransanın həmsədr dövlətlərdən biri kimi münaqişənin tezliklə həll olunmasında səylərini artırmasını arzuladığını bildirib.

V.Bağırov Azərbaycanın öz ərazisində ikinci bir dövlətin yaradılması ilə heç vaxt razılaşmayacağını və bütün hallarda öz ərazi bütövlüyünü təmamilə təmin edəcəyini düqqətə çəkib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Alenson şəhərində süd və kosmetika məhsullarının, dərmanların hazırlanmasında istifadə olunan kimyəvi maddələrin saxlanılması üçün nəzərdə tutulan rezervuarları istehsal edən “Geoavec” zavodu və “Crouttes” heyvandarlıq ferması ilə yaxından tanış olub və fikir mübadiləsi aparıblar .

 

AzərTac.az