Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru BMT baş katibinin köməkçisi ilə görüşüb

Posted by

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru BMT baş katibinin köməkçisi ilə görüşübAzərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru BMT baş katibinin köməkçisi ilə görüşüb

Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin direktoru BMT baş katibinin köməkçisi ilə görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) direktoru Əşrəf Şıxəliyev BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının direktor müavini Maqdi Martinez-Solimanı qəbul edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə AİDA və BMT İnkişaf Proqramının reallaşdırdığı birgə layihələr müzakirə edilib.

 

Söhbət zamanı həmçinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və peşəkar kadrların hazırlanmasına dair fikir mübadiləsi aparılıb.

 

Apa.az