Azərbaycanın baş naziri martın 14-də Milli Məclisdə hesabat verəcək
Azərbaycan Milli Məclisinin növbəti plenar iclası martın 14-də keçiriləcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatı dinləniləcək.
Hesabatı parlamentdə baş nazir Artur Rasizadə təqdim edəcək. Hesabat ətrafında müzakirələrin 2 gün davam edəcəyi gözlənilir.
Apa.az