Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu var

Posted by

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu var

 

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu var

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolu var

 

Energetika nazirinin müavini Gülməmməd Cavadov Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçutenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişləndirilməsinə böyük önəm verdiyi bildirilib, respublikamızla Litva arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğu vurğulanıb. Azərbaycan və Litva arasında qarşılıqlı sərmayə qoyuluşu üçün böyük imkanların olduğu diqqətə çatdırılıb, iki ölkə arasında indiyədək biznes forumlar, sərgi və işgüzar görüşlərin keçirildiyi qeyd edilib, iş adamları arasında mövcud əlaqələrin genişlənməsinin əlaqələrinin inkişafına müsbət töhfə verəcəyi bildirilib.

Litva Baş nazirinin müşaviri xanım İrina Urbonaviçuten ölkəmizə səfərindən məmnunluğunu ifadə edib, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi rolunu vurğulayıb. Xanım İrina Urbonaviçuten Litva iqtisadiyyatı barədə məlumat verib, hər iki ölkənin iqtisadi potensialından səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişlənməsinin Litva-Azərbaycan iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini diqqətə çatdırıb. Qonaq iqtisadi münasibətlərin inkişafı istiqamətlərini vurğulayıb və digər sahələrdə əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirib.

 

Sia.az