Azərbaycanın Avropa Şurasındakı sədrliyi dövrü ilə bağlı fəaliyyət planı hazırlanır
Azərbaycanın Avropa Şurasındakı sədrliyi dövrü ilə bağlı fəaliyyət planı hazırlanır. Bu istiqamətdə Avropa Şurası ilə konstruktiv iş gedir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.
S.Seyidov deyib ki, tədbirlər planı və digər sənədlər də Azərbaycanın sədrliyindən öncə qəbul olunacaq. Eyni zamanda bu, Azərbaycan və AŞ əlaqələrinə inkişafına dəstək olacaq.
Onun sözlərinə görə, AŞ PA-nın qış sessiyasında birbaşa Azərbaycanla bağlı məsələnin müzakirəsi yoxdur: “Ancaq bütün sessiyalar bizim üçün çox vacibdir. Ona görə ki, mayın sonundan başlayaraq Azərbaycan artıq AŞ-a sədrlik edəcək və 2014-cü ilin sonuna qədər sədrlik Azərbaycanda olacaq. Yanvar sessiyası bizim üçün əhəmiyyətlidir. Ona görə ki, AŞ PA-nın yeni prezidenti seçiləcək”.