Azərbaycanın Almaniyadakı diasporu 2015-ci ildə qarşıda duran vəzifələri müzakirə ediblər

Posted by

Azərbaycanın Almaniyadakı diasporu 2015-ci ildə qarşıda duran vəzifələri müzakirə ediblər

Azərbaycanın Almaniyadakı diasporu 2015-ci ildə qarşıda duran vəzifələri müzakirə ediblər

 

 

Azərbaycanın Almaniyadakı diasporu 2015-ci ildə qarşıda duran vəzifələri müzakirə ediblər

Azərbaycanın Almaniyadakı səfirliyində diasporumuzun təmsilçiləri ilə görüş keçirilib. Səfirliyin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) birgə əməkdaşlığı ilə təşkil edilmiş görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan və türk diaspor, tələbə və gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

 

Görüşdə cari ildə səfirlik və diaspor təşkilatları tərəfindən birgə təşkil edilmiş tədbirlərin nəticələri və 2015-ci ildə həyata keçiriləcək layihələr müzakirə olunub.

 

Səfir Pərviz Şahbazov, Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, AAKM-in rəhbəri Samira Patzer-İsmailova çıxış edərək Azərbaycan-Almaniya münasibətlərinin inkişafında diasporun rolundan və fəaliyyətindən danışıblar.

 

Görüşdə Almaniyadakı Azərbaycan diaspor təşkilatlarının səfirliklə əməkdaşlıq istiqamətləri, AAKM-in fəaliyyəti, diaspor təşkilatlarının həyata keçirdiyi layihələr, 2015-ci il üçün planlaşdırılan tədbirlər və digər mövzulara dair müzakirələr aparılıb.

 

Cəmiyyətlərin rəhbərləri il ərzində Almaniyada Xocalı soyqırımının tanıdılması, Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yerli ictimaiyyətə çatdırılması istiqamətində, eyni zamanda, ölkəmizin tarixinin, mədəniyyətinin təbliği sahəsində görülmüş işlərlə bağlı məlumat verib, yeni layihələrlə əlaqədar təkliflər irəli sürüblər.

 

Almaniyanın müxtəlif şəhər və əyalətlərində yaradılmış yeni diaspor təşkilatlarının rəhbərləri də çıxış edərək öz fəaliyyətləri barədə məlumat veriblər.

 

Tədbirdə 2015-ci ildə erməni diasporu və lobbisinin qondarma “erməni soyqırımı” ilə əlaqədar planlarına xüsusi diqqət ayrılıb, Almaniyada ermənilərə qarşı qabaqlayıcı tədbirlərin keçirilməsi və bu istiqamətdə ölkənin ictimai-siyasi qurumları ilə əlaqələrin genişləndirilməsinin, Azərbaycan və Türkiyə icmalarının birgə fəaliyyətinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb. Bundan başqa, 2015-ci ildə Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları ərəfəsində Almaniyada təbliğatın gücləndirilməsi, məlumatlandırma kampaniyasının genişləndirilməsi qərara alınıb. Bununla bağlı diaspor təşkilatlarına tövsiyələr verilib.

 

Sonda diaspor nümayəndələrinə Heydər Əliyev Fondu və Azərbaycanın Almaniyadakı səfirliyi tərəfindən alman dilində nəşr edilmiş kitablar paylanıb.

 

AzərTac.az