Azərbaycanla Türkiyə arasında imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişi yenilənəcək

Posted by

Azərbaycanla Türkiyə arasında imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişi yenilənəcəkAzərbaycanla Türkiyə arasında imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişi yenilənəcək

Azərbaycanla Türkiyə arasında imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişi yenilənəcək

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycanda səfərdə olan Türkiyə Səhiyyə Nazirliyinin müstəşarı, professor Eyüp Gümüşlə görüşüb.

 

Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, görüşdə ölkələr arasında səhiyyə və tibb elmi sahəsindəki münasibətlər, kadr hazırlığına dair sazişin detalları, dərman sənayesi və digər mühüm məsələlər müzakirə olunub.

 

E. Ağayev ölkənin böyük maraq və həyəcanla Bakı 2015 İlk Avropa Oyunlarına son hazırlıq işlərindən, qarşıda planlaşdırılan bir sıra tədbirlərdən, habelə, yenicə tikilib istifadəyə verilmiş tam təmirli və təchiz olunmuş tibb müəssisələrində əhali üçün yaradılmış şəraitdən bəhs edib. Belə olan şəraitdə ölkələr arasında tibb təhsili və sağlıq məsələlərində geniş əməkdaşlıq münasibətlərinin bundan sonra da davam etməsinin vacibliyi vurğulanıb.

 

Görüşün əsas mövzusunu təşkil edən məsələlərdən biri də 20 ildən uzun müddətdir ki, iki ölkə arasında imzalanmış tibb və kadr hazırlığı sahəsində tərəfdaşlıq sazişinin yenilənməsi və genişləndirilməsi olub. Kadr hazırlığı sahəsində Türkiyə dövlətinin azərbaycanlı tələbələrə göstərdiyi xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirən E. Ağayev 1-3-6 aylıq təkmilləşmə kurslarına getmiş həkimlərin sonradan ölkənin müxtəlif səhiyyə sektorlarında öz bilik və bacarıqlarını uğurla tətbiq etdiklərini nəzərə çatdırıb. Qeyd olunub ki, hətta Türkiyənin ən tanınmış tibb müəssisələrində azərbaycanlı mütəxəssislər artıq praktiki tibbi fəaliyyətlə yanaşı tibbi təhsil də verirlər.

 

Öz növbəsində E. Gümüş ölkəsində planlaşdırılan yeniliklərdən, o cümlədən 59 xəstəxana, tibb müəssisəsini özündə birləşdirəcək “Sağlıq Bilimlər Universiteti”nin yaradılması ideyası, dərman sənayesində yeniliklər baxımından xarici ölkələrin Türkiyədə yeni dərman istehsalı fabrikini inşa etmək planı barədə məlumat verib.

 

Trend.az