Azərbaycanla İran arasında dörd sənəd imzalanıb

Posted by

Azərbaycanla İran arasında dörd sənəd imzalanıb

 

Azərbaycanla İran arasında dörd sənəd imzalanıb

Azərbaycanla İran arasında dörd sənəd imzalanıb

 

Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sahələr üzrə sənədlər imzalanıb.

Trend-in xüsusi müxbirinin məlumatına görə, “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və İran İslam Respublikasının Gənclər və İdman Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın gənclər və idman naziri Mahmud Qudərzi imzalayıb.

“Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və İran İslam Respublikası Daxili İşlər Nazirliyi arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İran DİN-in rəhbəri Əbdülrza Rəhmani Fəzli imzalayıb.

Bundan əlavə, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında hidrometeorologiya məsələləri və onunla əlaqəli işlər üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan tərəfdən ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, İran tərəfdən isə yol və şəhərsalma naziri Abbas Axundi imzalayıb.

“Azərbaycan Respublikası və İran İslam Respublikası hökuməti arasında Ordubad və Marazad su elektrik stansiyalarının tikintisi və istismarı sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanıb. Sazişi Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçiyan imzalayıb.

 

Trend.az