Azərbaycanla Bosniya və Herseqovina əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Posted by

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Laqumciya ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə ölkələr arasında iqtisadi, humanitar və s. sahələrdə mövcud əlaqələrə və əməkdaşlığın genişləndirilməsi imkanlarına dair qarşılıqlı fikir mübadiləsi aparılıb.

Ş. Mustafayev Bosniya və Herseqovina nümayəndə heyətinin Azərbaycana növbəti səfəri də əməkdaşlığın inkişafına töhfə verəcək.

Görüşdə qeyd edilib ki, iki ölkə arasında müqavilə-hüquqi bazanın olması iqtisadi əlaqələrin daha da inkişafına, müxtəlif layihələrin həyata keçirilməsinə imkan verir və perspektivdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Z. Laqumciya iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini vurğulayıb.

Apa.az