Azərbaycanlı vəkillər Rusiyada təltif olunublar

Posted by

Azərbaycanlı vəkillər Rusiyada təltif olunublar

Azərbaycanlı vəkillər Rusiyada təltif olunublar

Azərbaycanlı vəkillər Rusiyada təltif olunublar

Rusiyanın paytaxtı Moskva şəhərində Rusiyada vəkilliyin yaranmasının 150 illiyi münasibətilə təntənəli tədbir keçirilib.

Azərbaycan Vəkillər Kollegiyasından Trend-ə verilən məlumata görə, tədbir, həmçinin 19-20-ci əsrlərdə yaşamış görkəmli rusiyalı vəkil Fyodr Nikiroviç Plevako adına 16-ci ali vəkil mükafatlarının təqdimetmə mərasimi ilə yadda qalıb.

Bu mükafat insan hüquqlarının müdafiəsində, eyni zamanda, vəkillik peşəsinin nüfuzunun artırılmasında və vəkillik institutunun inkişaf etdirilməsində xüsusi əməyi və fəaliyyəti olan vəkillər üçün nəzərdə tutulub.

Təntənəli mərasimdən öncə “Vəkilliyin cəmiyyətin hüquqi maarifləndirilməsinə rolu” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda və təntənəli tədbirdə ölkəmizi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Anar Bağırov və Rəyasət Heyətinin beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov təmsil ediblər. Ölkəmizi təmsil edən hər iki vəkil fəxri fərmanla təltif olunublar.

Tədbirdə çıxış edən A.Bağırov vəkil peşəsinin insan hüquqlarının səmərəli müdafiəsində əhəmiyyətini və bu peşənin məziyyətlərini xüsusilə qeyd edərək tədbirin təşkilatçılarına onlara verdikləri yüksək qiymətə görə öz təşəkkürünü bildirib, Azərbaycan və Rusiya vəkilliyi arasında formalaşmış peşəkar və səmimi əməkdaşlıq münasibətlərinin bundan sonrakı inkişafına dair əminliyini ifadə edib.

Tədbirdə, həmçinin Rusiya Federasiyası Prezident Administrasiyasının nümayəndələri, hökumət təmsilçiləri, hakimlər, RF hüquq-mühafizə orqanlarının işçiləri və digər məsul şəxslər iştirak ediblər.

Qeyd edək ki, tədbir “Plevako adına Ali Vəkil Mükafatı”nın Təqdimetmə Komitəsi, Rusiya Vəkillər Gildiyası, Rusiya Vəkillik və Notariat Akademiyası, Rusiya Vəkillərinin Federal Palatası və Rusiya Vəkillərinin Federal Birliyi tərəfindən təşkil olunub.

 

Trend.az