Azərbaycanlı tələbələr Edinburqda Xocalı soyqırımı ilə bağlı üç gün aksiya keçirib

Posted by

Böyük Britaniyanın Edinburq şәhәrindә Xocalı soyqırımının 22-ci ildönümünә hәsr edilmiş etiraz aksiyası keçirilib. Üç gün davam edən aksiya Edinburqda tәhsil alan tәlәbәlәrin tәşәbbüsü vә Azәrbaycanın Böyük Britaniyadakı Sәfirliyinin dәstәyi ilә baş tutub.

APA-nın məlumatına görə, hər gün təxminən beş saat davam edən aksiyada “Xocalıya әdalәt” şüarı altında yazılmıs plakatlar, Xocalı qәtliamı ilә bağlı dünya mәtbuatında yayımlanmış mәqalәlәr, hadisәni әks etdirәn fotoşәkillәr vә müxtәlif nәşrlәr nümayiş olunub.

Hәmçinin, Edinburqda tәhsil alan tәlәbәlәrimiz tәrәfindәn ictimaiyyәt arasında Xocalı faciәsini әks etdirәn beş mindən artıq mәlumatlandırıcı buklet paylanılıb. Bundan әlavә, yerli әhaliyә Dağlıq Qarabağ münaqişәsi vә xüsusilә Xocalı faciәsi ilә bağlı dolğun mәlumatlar verilib

Apa.az