Azərbaycanlı sahibkarlar BƏƏ-də sərmayə yatırmağa dəvət olunurlar

Posted by

Azərbaycanlı sahibkarlar BƏƏ-də sərmayə yatırmağa dəvət olunurlar

 

Azərbaycanlı sahibkarlar BƏƏ-də sərmayə yatırmağa dəvət olunurlar

Azərbaycanlı sahibkarlar BƏƏ-də sərmayə yatırmağa dəvət olunurlar

 

Dubayın Ticarət-Sənaye Palatası azərbaycanlı sahibkarları regionda İslam maliyyə mərkəzi olmağı planlaşdıran əmirliyin İslam maliyyələşməsi sektoruna sərmayə yatırmağa dəvət edir. Trend-in “Khaleej Times” (BƏƏ) qəzetinə istinadən verdiyi məlumata görə, belə təklif palatanın vitse-prezidenti Həsən əl-Haşimi tərəfindən Bakıda keçirilən “İslam maliyyələşməsi” adlı “dəyirmi masa”da səsləndirilib.

Bundan başqa, Dubay Əmirliyinin Ticarət-Sənaye Palatası azərbaycanlı sahibkarları əlverişli investisiya mühitindən faydalanaraq əmirliyə sərmayə yatırmağa dəvət edir.

“Dəyirmi masa”nın işində hər iki ölkənin bank sektorunun, konsaltinq şirkətlərinin və işgüzar dairələrinin nümayəndələri iştirak ediblər.

Əl-Haşiminin sözlərinə görə, dünya böhranı sınağından uğurla çıxmış, İslam maliyyələşməsi sahəsində fəaliyyət göstərən Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) şirkətlərinin təcrübəsi Azərbaycandan olan iş adamları üçün maraqlı ola bilər. O, qeyd edib ki, palatanın Bakı ofisi sahibkarlar arasında əlaqələrin inkişafına hər cür dəstək göstərməyə hazırdır.

Bundan əlavə, azərbaycanlı iş adamları bu ilin noyabrında Dubayda keçiriləcək və bütün dünyadan 2500 nümayəndə heyətinin qatılacağı Dünya İslam İqtisadi Forumunun (WIFE) X sessiyasında iştiraka dəvət olunurlar.

 

Trend.az