Azərbaycanlı millət vəkili AŞPA-nı İraq türkmənlərinə dəstək göstərməyə çağırdı

Posted by

Azərbaycanlı millət vəkili AŞPA-nı İraq türkmənlərinə dəstək göstərməyə çağırdı

Azərbaycanlı millət vəkili AŞPA-nı İraq türkmənlərinə dəstək göstərməyə çağırdı

Azərbaycanlı millət vəkili AŞPA-nı İraq türkmənlərinə dəstək göstərməyə çağırdı

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Qənirə Paşayeva AŞPA-nı İraqda Türkiyə diplomat və mülki vətəndaşlarının İŞİD tərəfindən girov götürülməsi və qanunsuz saxlanılmasına qarşı sərt addımlar atmağa çağırıb.

Trend-in məlumatına görə, millət vəkili AŞPA iclasında İraqda türkmənlərin üzləşdiyi faciələr və İŞİD tərəfindən Türkiyə diplomat və mülkü vətəndaşlarının girov götürülməsindən danışaraq qurumu bu məsələlərə laqeyd qalmamağa, təcili addımlar atmağa çağırıb: “AŞPA Türkiyənin 49 diplomatının və 20-dən çox mülki vətəndaşının İraqda İŞİD tərəfindən girov götürülməsini qətiyyətlə pisləyən və onların təcili azad edilməsini tələb edən bəyanatla çıxış etməklə bərabər, beynəlxalq səviyyədə bu məsələdə öz kömək və dəstəyini daha da gücləndirməlidir. Doğrudur, İraq Avropa Şurasının üzvü deyil, amma orada baş verənlər hamımızı ciddi narahat etməlidir. İraqda yaşayan 3 milyon türkmənin sizə olan çağırışlarını çatdırmaq istəyirəm. Son günlər İraqda mülkü türkmənlər qətlə yetirilir, minlərlə insan öz evini tərk etmək məcburiyyətində qalıb. Hesab edirəm ki, İraqda baş verənlərin, oradakı vəziyyətin Assambleyamızda ayrıca müzakirə olunmasına və addımlar atılmasına çox ciddi ehtiyac var”.

 

Trend.az