Azərbaycanlı gənclər BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının Vyanada keçirilmiş Gənclər Forumunda iştirak etmişlər

Posted by

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhərindəki 189 nömrəli orta məktəbin şagirdi Afət Məmmədova və Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) tələbəsi Salman Babazadə BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının Avstriyanın paytaxtı Vyanada keçirilmiş Gənclər Forumunda iştirak etmişlər.

ADNA-dan AzərTAc-a bildirmişlər ki, azərbaycanlı gənclər forum çərçivəsində keçirilən qrup müzakirələrində öz təkliflərini səsləndirmişlər. Gənclərin narkomaniya ilə mübarizədə təbliğat vasitələrindən səmərəli istifadə və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində narkotik vasitələrin qaçaqmalçılığının geniş yayılması ilə bağlı tədqiqat işlərinin aparılmasını əhatə edən təklifləri iştirakçılar tərəfindən müsbət qarşılanmışdır.

Dünyanın 30-dan çox ölkəsindən 60 nəfərin qatıldığı forumun əsas məqsədi gənclərin cəmiyyətdə narkomaniya ilə mübarizə tədbirlərinə cəlb edilməsindən və bu sahədə fikir mübadiləsi aparmaqdan ibarət olmuşdur.

Tədbirdə İsveç kraliçası Ülyahəzrət Silvia və BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının icraçı direktoru Yuri Fedotov da iştirak etmişlər.

AzərTac.az