Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisi Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər

Posted by

Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisi Baş Assambleyasının plenar iclasında iştirak edəcəklərAzərbaycanlı deputatlar QDİƏT Parlament Məclisi Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər

Azərbaycanlı deputatlar QDİƏT Parlament Məclisi Baş Assambleyasının plenar iclasında iştirak edəcəklər

Dekabrın 8-də Yunanıstanın paytaxtı Afina şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 44-cü plenar iclası öz işinə başlayacaq.

 

APA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin bu qurumda təmsil olunan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, deputatlar Jalə Əliyeva, Musa Quliyev, Ayaz Orucov, Mixail Zabelin iştirak edəcəklər.

 

Toplantıda “Qara Dəniz Əməkdaşlığı regionu qlobal əməkdaşlıq sisteminin tərkib hissəsi kimi” mövzusu ətrafında fikir mübadiləsi aparılacaq. Yığıncaqda QDİƏT və onun Parlament Assambleyasının, Qara Dəniz Ticarət və İnkişaf Bankının, Beynəlxalq Araşdırmalar Mərkəzinin fəaliyyətləri barədə məlumatlar dinləniləcək. İclas iştirakçıları həmçinin region ölkələrində beynəlxalq sərnişin və yük daşımalarının tənzimlənməsində, kiçik biznesin inkişafının hüquqi təminatında parlamentlərin rolu, gender bərabərliyi ilə bağlı məsələləri müzakirə edəcəklər.

Səfər zamanı millət vəkilləri Assambleya Bürosunun, Daimi Komitənin, Hüquqi və siyasi məsələlər komitəsinin iclaslarına da qatılacaqlar. Səfər dekabrın 10-da başa çatacaq.

 

Apa/az