Azərbaycanlı deputat AŞPA-nın komitə iclasına sədrlik edib

Posted by

Azərbaycanlı deputat AŞPA-nın komitə iclasına sədrlik edib

Azərbaycanlı deputat AŞPA-nın komitə iclasına sədrlik edib

Azərbaycanlı deputat AŞPA-nın komitə iclasına sədrlik edib

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri, qurumun qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, “Zorakılıqdan azad qadın” parlament şəbəkəsi üzrə siyasi əlaqələndiricisi Sahibə Qafarova Parisdə təşkilatın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin iclasına sədrlik edib.

 

Komitə iclasında Qəzza böhranının təcili həllinin Yaxın Şərqdə sabitliyin təmin edilməsi üçün vacibliyi, qaçqınların inteqrasiyası kimi məsələlər barədə fikir mübadiləsi aparılıb. İclasda, həmçinin bir sıra alt komitənin fəaliyyəti müzakirə olunub və komitənin 2017-ci il üçün prioritetlərinə nəzər salınıb.

 

AZƏRTAC