Azərbaycandakı alkoqoliklərin sayı açıqlandı
Azərbaycanda alkoqoliklərin sayı artıb. Səhiyyə Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, hazırda Azərbaycanda 21 584 nəfər rəsmi qeydiyyata götürülmüş alkoqolik var.
2012-ci ildə Azərbaycanda 21 103, 2011-ci ildə isə 19 765 nəfər alkoqolik olub.
Alkoqoliklər daha çox kişilərdir. Ümumilikdə alkoqoliklər arasında 30-39 yaşlı şəxslər üstünlük təşkil edir.
Ölkədə rəsmi qeydiyyata alınmış qadın alkoqoliklərin sayı çox cüzi artıb. 2012-ci ildə rəsmi qeydiyyata alınmış akqoliklərin 873 nəfəri qadın olduğu halda, 2013-cü ildə qeydiyyata alınan 21 584 alkoqolikin 891 nəfəri qadın olub.
Ötən il 879 nəfər ilk dəfə olaraq, alkoqolik kimi qeydiyyata götürülb. Onların 18 nəfəri qadın olub.
Trend.az