Azərbaycanda zəlzələni proqnozlaşdıran yeni stansiyalar quraşdırılacaq

Posted by

Azərbaycanda zəlzələni proqnozlaşdıran yeni stansiyalar quraşdırılacaq

Azərbaycanda zəlzələni proqnozlaşdıran yeni stansiyalar quraşdırılacaq

Azərbaycanda zəlzələni proqnozlaşdıran yeni stansiyalar quraşdırılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutu zəlzələlərin ilkin hazırlıq dövrünün monitorinqini həyata keçirəcək daha iki stansiyanın quraşdırılmasına hazırlaşır. Bunu Trend-ə İnstitutun “İnnovasiya və informasiya texnologiyaları” laboratoriyasının müdiri Qəmbər Quliyev deyib.

Onun sözlərinə görə, stansiyalar Xaçmaz və Zaqatala rayonlarında quraşdırılacaq. Hazırda Azərbaycanda zəlzələlərin ilkin hazırlıq dövrünü, yəni anomal seysmik prosesləri (ASP) aşkar etməyə və onun monitorinqini həyata keçirməyə imkan verən 7 stansiya fəaliyyət göstərir. Stansiyalar Qum adası, Neftçala, Naftalan, Şirvan, Siyəzən, Qazax və Naxçıvan Muxtar Respublikasındadır.

Planın məğzi respublikanın daha böyük ərazisini mövcud stansiyalarla əhatə etməkdir. Bu, zəlzələlərin episentrini daha böyük dəqiqliklə aşkar etməyə imkan verəcək.

Mövcud stansiyalar anomal seysmik proseslər özünü yerin səthində göstərməzdən 15-20 saat əvvəl onları qeydə almaq gücündədir.

Sistem seysmoaktiv siqnalların Kibernetika İnstitutunun bilavasitə şəbəkəsinə ötürülməsini təmin edir. Siqnalların ötürülməsi üçün yüksəktezlikli peyk kanallarından istifadə olunur ki, bu da instituta eksperimentləri daha yüksək səviyyədə və keyfiyyətli aparmağa imkan verir.

 

Trend.az