Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıb

Posted by

Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıbAzərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıb

Azərbaycanda yükdaşıma və sərnişindaşıma tarifləri bahalaşıb

2014-cü ilin sentyabr ayında Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,4 faiz, sərnişindaşıma tarifləri isə 3,2 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 12,5 faiz bahalaşma, digər xarici ölkələr üzrə isə 19,1 faiz bahalaşma müşahidə olunub.

Sentyabr ayında boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 1,1 faiz ucuzlaşıb, MDB ölkələrinə dəniz nəqliyyatı vasitəsilə yükdaşıma tarifləri isə sentyabrda 6 faiz ucuzlaşıb.

Avtomobil nəqliyyatında yükdaşıma və sərnişindaşıma tarifləri üzrə, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri üzrə sentyabr ayında heç bir dəyişiklik müşahidə olunmayıb.

 

Trend/az