Azərbaycanda yükdaşıma tarifləri bahalaşıb

Posted by

Azərbaycanda yükdaşıma tarifləri bahalaşıb

Azərbaycanda yükdaşıma tarifləri bahalaşıb

 

Azərbaycanda yükdaşıma tarifləri bahalaşıb

2014-cü ilin fevral ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 0,1 faiz bahalaşıb, sərnişindaşıma tarifləri isə sabit qalıb. Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən məlumat verir.

Ay ərzində hava nəqliyyatında MDB ölkələri üzrə sərnişindaşıma tarifləri 5,3 faiz ucuzlaşıb, digər xarici ölkələr üzrə isə 3,8 faiz bahalaşıb.

Fevral ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 0,2 faiz, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 18,7 faiz bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi üzrə 0,3 faiz bahalaşma müşahidə olunub.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

 

Trend.az