Azərbaycanda yeni məcəllə hazırlanacaq

Posted by

Azərbaycanda yeni məcəllə hazırlanacaqAzərbaycanda yeni məcəllə hazırlanacaq

Azərbaycanda yeni məcəllə hazırlanacaq

Azərbaycanda altı ay ərzində Bank Məcəlləsi hazırlanmalıdır.

 

Trend-in məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Sahibkarlıq fəaliyyəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunun tətbiqi haqqında sərəncamında Nazirlər Kabinetinə bu barədə tapşırıq verilib.

 

Sərəncamda deyilir ki, sahibkarlıq sahəsi üçün bank-kredit münasibətlərinin xüsusi əhəmiyyətini və bu sahənin bir neçə qanunla tənzimləndiyini nəzərə alaraq, Bank Məcəlləsinin layihəsi altı ay müddətində hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilsin.

 

Bundan başqa, sahibkarlıq sahəsində yoxlamaları aparan icra hakimiyyəti orqanlarının və yoxlamaların sayının səmərələşdirilməsinə dair təkliflər altı ay müddətində hazırlanıb Azərbaycan Prezidentinə təqdim edilməlidir.

 

Nazirlər Kabinetinin normativ hüquqi aktları üç ay ərzində bu qanuna uyğunlaşdırılmalıdır.

 

Məcəllə layihəsi 2004-cü il aprelin 1-dən qüvvəyə minən “Banklar haqqında” qanunun yenilənməsi prosesində 2003-cü ildə təklif olunmuşdu.

 

Trend/az