Azərbaycanda Yeni il bayramı ilə əlaqədar istehlak bazarında monitorinqlərə başlanılıb

Posted by

Azərbaycanda Yeni il bayramı ilə əlaqədar istehlak bazarında monitorinqlərə başlanılıbAzərbaycanda Yeni il bayramı ilə əlaqədar istehlak bazarında monitorinqlərə başlanılıb

Azərbaycanda Yeni il bayramı ilə əlaqədar istehlak bazarında monitorinqlərə başlanılıb

Yeni il bayramının yaxınlaşması ilə əlaqədar əhalinin bir sıra ərzaq məhsullarına tələbatı artıb. Bunu nəzərə alaraq İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini daha da gücləndirir.

 

Bunu “APA-Economics”ə İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib.

 

Onun sözlərinə görə, bu nəzarət tədbirlərinin bir istiqaməti də monitorinqlərdir: “Artıq üç tip monitorinqlərin aparılmasına başlanılıb. Buna məqsəd əhalinin bayram günlərində daha dolğun və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasına, eləcə də qiymət artımı hallarının qarşısının alınmasıdır”.

 

A. Əliyev bildirib ki, bundan başqa, tələbatın dolğun ödənilməsini, eləcədə yuxarıda qeyd edilən tədbirlər üçün Bakının müxtəlif yerlərində kənd təsərrüfatı və ərzaq məhsullarının satılacağı satış yarmarkaları təşkil olunacaq: “Bu cür tədbirlərin keçirilməsi əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsinə, eləcə də qiymətlərin stabil qalmasına yönəlmiş tədbirlə aiddir”.

 

Qurum rəsmisi vurğulayıb ki, ümumiyyətlə istehlak bazarında bu il ərzində aparılan monitorinqlər zamanı istehlaka yararsız, istifadə müddəti ötmüş, normativ hüquqi sənədlərin tələbinə cavab verməyən mallar aşkar olunub: “Ancaq qiymətin süni artımı halları ilə qarşılanmayıb”.

 

Apa.az