Azərbaycanda Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradıldı

Posted by

Azərbaycanda Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradıldıAzərbaycanda Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradıldı

Azərbaycanda Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradıldı

Nazirlər Kabineti Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin yaradılması haqqında qərar verib.

 

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan uşaqların kompleks şəkildə tibbi, sosial reabilitasiyasının aparılması, onların cəmiyyətə inteqrasiyasının təmin edilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondu ilə razılaşdırılmış təklifinə əsasən Nazirlər Kabineti qərara alır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi yaradılsın.

 

Heydər Əliyev Fondu ilə “Uralsib” Maliyyə Korporasiyası tərəfindən birlikdə həyata keçirilmiş layihə çərçivəsində Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış massivi, Abbas Fətullayev küçəsi, 29A ünvanında 0,1092 ha torpaq sahəsində inşa edilmiş Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Reabilitasiya Müəssisəsinin binası, avadanlıqları, digər əsas vəsaitləri və mal-materialları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tabeliyində yaradılan Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin balansına verilsin.

 

Müəyyən edilir ki, Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin saxlanılması üçün tələb olunan xərclər Azərbaycan dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti üçün nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

 

Qərarda göstərilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir ay müddətində Xüsusi Qayğıya Ehtiyacı Olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsinin Nizamnaməsini təsdiq etməli, Əmlak Məsələləri Dövlət Komitəsi və Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə bu qərarın 2-ci hissəsindən irəli gələn məsələləri həll etməlidir.

 

Trend.az