Azərbaycanda V “Elektron Təhsil” Respublika müsabiqəsində növbəti mərhələyə keçən nominantlar müəyyənləşib

Posted by

Azərbaycanda V "Elektron Təhsil" Respublika müsabiqəsində növbəti mərhələyə keçən nominantlar müəyyənləşibAzərbaycanda V “Elektron Təhsil” Respublika müsabiqəsində növbəti mərhələyə keçən nominantlar müəyyənləşib

Azərbaycanda V "Elektron Təhsil" Respublika müsabiqəsində növbəti mərhələyə keçən nominantlar müəyyənləşib

Azərbaycanda V “Elektron Təhsil” Respublika müsabiqəsində III mərhələyə keçən nominantlar müəyyənləşib.

 

Müsabiqənin keçirilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən yaradılmış Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, müsabiqənin əsas məqsədləri elektron tədris resurslarından (ETR) istifadəni genişləndirmək və bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq; elektron tədris resurslarının tədris prosesinə tətbiqinə metodiki dəstək vermək, elektron resursların təhsil müəssisələrində istifadəsi ilə tanışlıq; tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimlərin həvəsləndirilməsi və fəaliyyətlərinin dəstəklənməsidir. Dörd mərhələ üzrə davam edən müsabiqənin III mərhələsində işlər Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. IV mərhələdə isə Münsiflər heyəti tərəfindən seçilmiş nominantların hazırladıqları işlərin Təşkilat Komitəsi qarşısında təqdimatı həyata keçiriləcək.

 

Müsabiqə “Müasir məktəbdə elektron tədris resursları”, “Təhsildə İnternet texnologiyaları”, “Milli elektron tədris resurslarının yaradılması” olmaqla, 3 istiqamət üzrə keçirilir.

 

Beləliklə, “Milli elektron tədris resurslarının yaradılması” istiqamətində eyniadlı nominasiya üzrə 144 layihə seçilib. “Müasir məktəbdə elektron tədris resursları” istiqamətində “Elektron lövhələrin istifadəsi ilə qurulan ən yaxşı dərs modeli” nominasiyası üzrə 80, “Onlayn vasitələrdən (veb 2.0, sosial servislər və s.) istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə 21, “Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə 7, “1 şagird : 1 kompüter” modelində ən uğurlu dərs” nominasiyası üzrə 15 nominant müəyyənləşib. “Təhsildə İnternet texnologiyalar” istiqamətində isə “Müəllimlərin bloqları” nominasiyası üzrə 19, “Təhsildə İnternet resurslar” nominasiyası üzrə 14 nominant III mərhələyə keçib.

 

Trend.az