Azərbaycanda İİV daşıyıcılarının son statistikası

Posted by

Azərbaycanda İİV daşıyıcılarının son statistikası

Azərbaycanda İİV daşıyıcılarının son statistikası

Azərbaycanda İİV daşıyıcılarının son statistikası

Azərbaycanda İİV (İnsanda İmmun çatışmazlığı Virusu) infeksiyasına yoluxan insanların sayı 4444 nəfərə çatıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2014-cü ilin I rübünün sonunadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 4444 nəfər rəsmi qeydiyyata götürülüb.

Onlardan 4289 nəfəri (96,5%) Azərbaycan vətəndaşı, 155 nəfəri (3,5%) isə əcnəbidir. İİV-ə yoluxmuş vətəndaşlardan 3319-u (77,4%) kişi, 970-i (22,6%) qadındır. QİÇS mərhələsində olan insanların sayı 1361 nəfər, onlardan Azərbaycan vətəndaşlarının sayı 1340 nəfər, İİV infeksiyasından dünyasını dəyişmiş insanların sayı 596 nəfər, onlardan Azərbaycan vətəndaşların sayı 588 nəfər olub.

İİV-ə yoluxması təsdiq olunmuş 4289 Azərbaycan vətəndaşından 2435-də (56,8%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1391-də (32,4%) heteroseksual, 55-də (1,3%) isə homoseksual kontakt nəticəsində, 71-də (1,7%) anadan uşağa keçməklə olub. 337 nəfərdə (7,8%) yoluxma yolu naməlumdur.

Azərbaycan vətəndaşında ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1992-ci ildən 2014-cü ilin I rübünün sonunadək 4289 İİV-ə yoluxmuş insandan 1117-si (26,0%) Bakı şəhəri və Abşeron rayonunda, 2737-si (73,2%) respublikanın digər 57 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir, 34 nəfərin (0,8%) isə yaşayış yeri naməlumdur.

2014-cü ilin I rübü ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 146 nəfər təşkil edib. Onlardan 140-ı (95,9%) Azərbaycan vətəndaşı, 6 nəfəri (4,1%) isə əcnəbi vətəndaşdır. Qeydiyyata alınmış 140 Azərbaycan vətəndaşından 83-ü (58,6%) kişi, 57-si (41,4%) qadındır. Bu dövr ərzində 39 nəfər Azərbaycan vətəndaşı QİÇS mərhələsinə keçib, İİV infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı 11 nəfər olub.

2014-cü ilin I rübü ərzində İİV-ə yoluxması təsdiq olunmuş 140 nəfər Azərbaycan vətəndaşının 79-u (56,4%) heteroseksual, 34-ü (24,3%) inyeksion narkotik istifadəsi, 6-sı (4,3%) anadan uşağa keçməklə, 4-ü (2,9%) isə homoseksual yolla bu xəstəliyə yoluxub. 17 nəfərin (12,1%) yoluxma yolu hazırda müəyyənləşdirilir.

2014-cü ilin I rübü ərzində 140 nəfər Azərbaycan vətəndaşından 32-si (22,9%) Bakı şəhəri və Abşeron rayonunda, 108-i (77,1%) respublikanın digər 36 inzibati ərazisində qeydiyyatda olan şəxslərdir. 140 nəfər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşından 34 nəfərin (24,3%) respublikadan kənarda yoluxduğu müəyyənləşdirilib.

Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində və 6 regional ART mərkəzində davam etdirilib. Belə ki, 8 noyabr 2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 1915 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 144 nəfərin müalicəsinə 2014-cü ilin 3 ayı ərzində başlanılıb.

 

Trend.az