Azərbaycanda tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə cərimələrin miqdarı müəyyən olundu
Azərbaycan Prezidenti İlham Əliyev “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Dəyişikliklərə əsasən, İnzibati Xətalar Məcəlləsində aşağıdakı məzmunda 68-10-cu maddə əlavə edilir:
“Maddə 68-10. Tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsi
Yerli özünüidarəetmə orqanlarının mülkiyyətində, bitkiçilik üzrə kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslərin icarəsində, istifadəsində və ya mülkiyyətində olan torpaq sahələrində aşkar edilmiş tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə fiziki şəxslər yüz əlli manat miqdarda, vəzifəli şəxslər dörd yüz manat miqdarda, hüquqi şəxslər min manat miqdarda cərimə edilir.”.
Trend/az