Azərbaycanda ötən il polis orqanları ilə bağlı Ombudsmana 1840 şikayət daxil olub

Posted by

Azərbaycanda ötən il polis orqanları ilə bağlı Ombudsmana 1840 şikayət daxil olub

Azərbaycanda ötən il polis orqanları ilə bağlı Ombudsmana 1840 şikayət daxil olub

Azərbaycanda ötən il polis orqanları ilə bağlı Ombudsmana 1840 şikayət daxil olub

Azərbaycanda 2013-cü ildə polis orqanları ilə bağlı Ombudsmana 1840 müraciət daxil olub.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2013-cü il üzrə hesabatında bildirilir.

 

Müraciətlər əsasən polis idarə və şöbələrinin təhqiqat və istintaq bölmələrində ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, müraciət hüququnun pozulması, polis əməkdaşlarının vətəndaşlarla münasibəti ilə bağlıdır.

 

Müraciətlər üzrə daxili işlər orqanlarına ümumilikdə 521, o cümlədən Daxili İşlər Nazirliyinə və onun baş idarələrinə 347, onun tabeli və yerli orqanlarına 174 sorğu göndərilib, müvafiq yoxlama tapşırıqları verilib, araşdırmalar aparılıb.

 

Müraciətlərin araşdırılması prosesində bir sıra halda polis orqanlarının müvafiq vəzifəli və səlahiyyətli şəxsləri tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarların qəbul edilməsi kimi hallar müəyyən edilib.

 

Hesabatda göstərilib ki, bəzi hallarda təhqiqatçı və müstəntiq tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparılmadan qəbul edilmiş qərarlar vətəndaşların yuxarı orqanlara şikayətlərinə və süründürməçilik hallarına səbəb olub, bununla da fakta görə cinayət işi vaxtında başlanılmayıb.

 

Müvəkkilin prokurorluğa müraciətindən sonra material öyrənilib, toplanmış material istintaq orqanına göndərilib və cinayət işi başlanılıb.

Apa.az