Azərbaycanda təhsil müəssisəsinin ləğvi barədə elektron müraciət qaydası müəyyənləşib

Posted by

Azərbaycanda təhsil müəssisəsinin ləğvi barədə elektron müraciət qaydası müəyyənləşibAzərbaycanda təhsil müəssisəsinin ləğvi barədə elektron müraciət qaydası müəyyənləşib

Azərbaycanda təhsil müəssisəsinin ləğvi barədə elektron müraciət qaydası müəyyənləşib

Ədliyyə Nazirliyinin Kollegiyası “Qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunması ilə bağlı müraciətlərin qəbulu və dərc olunması barədə sənədin verilməsi üzrə inzibati reqlament”i təsdiq edib.

 

 

APA-nn məlumatına görə, iyun ayından qüvvədə olan reqlament qeyri-kommersiya hüquqi şəxsin və təhsil müəssisəsinin ləğv edilməsi və kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti barədə ilk məlumatın “Ədliyyə” qəzetində dərc olunması ilə bağlı müraciətin elektron formada qəbulu və dərc olunma faktını təsdiq edən sənədin verilməsi qaydalarını müəyyən edir.

 

Ədliyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətin göstərilməsi üçün müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, qeyri-kommersiya hüquqi şəxsin və ya təhsil müəssisəsinin dövlət qeydiyyatı haqqında şəhadətnamə və VÖEN-i tələb olunur. İstifadəçi elektron xidmətin təqdim edildiyi internet ünvanlarından birinə daxil olaraq, “təşkilati hüquqi forma” pəncərəsini seçir. Bundan sonra təşkilati hüquqi forması qeyri-kommersiya hüquqi şəxs olan istifadəçi Ədliyyə Nazirliyi tərəfindən verilmiş istifadəçi adını və şifrəni aidiyyəti sahələrə daxil edib “daxil ol” düyməsini vuraraq sistem tərəfindən eyniləşdirilir və ərizə formasının yerləşdirildiyi səhifəyə keçid alır. Təşkilati hüquqi forması təhsil müəssisəsi olduqda istifadəçi müvafiq sahələri seçdikdən sonra “daxil ol” düyməsini vuraraq ərizə formasının yerləşdirildiyi səhifəyə keçid alır. Daha sonra reqlamentə əlavə edilmiş ərizə formasına reqlamentdə göstərilən sənədlərin rekvizitləri və müvafiq məlumatlar əlavə edilərək sorğu formalaşdırılır. Sorğu internet səhifəsinə daxil olduğu gün qeydiyyata alınır və sorğunun qəbul olunması ilə bağlı istifadəçinin elektron poçt ünvanına dərhal bildiriş göndərilir. İstifadəçi tərəfindən ərizə forması tam doldurulmadıqda və ya məlumatların yanlış olduğu aşkar edildikdə, sorğunun yerinə yetirilməsindən imtina edilir və imtinanın səbəbləri həmin internet səhifəsində dərhal əks olunur. Elektron xidmətin göstərilməsindən imtina istifadəçinin yenidən müraciət etməsinə mane olmur. Ərizə formasında “Kreditorların tələblərinin bildirilməsi qaydaları ilə bağlı əlavə qeydlər” bəndinin doldurulmaması sorğunun yerinə yetirilməsindən imtinaya səbəb olmur. Elektron xidmətin icrasına görə Ədliyyə Nazirliyinin Qeydiyyat və notariat baş idarəsinin işçisi məsul şəxsdir. İstifadəçi tərəfindən doldurulan ərizədə çatışmazlıqlar aşkar edilmədikdə və ya aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqda məlumat dərc olunması üçün təqdim edilir və dərc olunma faktını təsdiq edən “Ədliyyə” qəzeti istifadəçiyə təqdim edilir. Bu məlumat hər dəfə 15-20 gün fasilə ilə daha iki dəfə eyni qaydada dərc etdirilir.

 

Apa.az