Azərbaycanda süni orqan və toxumaların yaradılması üçün işlər aparılacaq

Posted by

Azərbaycanda süni orqan və toxumaların yaradılması üçün işlər aparılacaq

Azərbaycanda süni orqan və toxumaların yaradılması üçün işlər aparılacaq

Azərbaycanda süni orqan və toxumaların yaradılması üçün işlər aparılacaq

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti Fizika İnstitutunun nəzdində Biofizika və Smart Materiallar Mərkəzinin yaradılması haqqında qəbul edib.

İnstitutdan Trend-ə verilən məlumata görə, Biofizika və Smart Materiallar Mərkəzinin əsas fəaliyyət istiqamətini qocalma problemlərinin molekulyar səviyyədə tədqiq olunması ilə əlaqədar insan ömrünün uzadılması üçün süni orqan və toxumaların yaradılması və regenerativ tibbi preparatların əldə edilməsi təşkil edəcək.

Mərkəzin 2 mərhələli fəaliyyət planına əsasən yaradılması nəzərdə tutulur. Birinci mərhələdə işçi qrupunun yaradılması və keçmiş Fotoelektronika İnstitutunun korpusunda zəruri təmir və yenidənqurma işlərinin aparılması planlaşdırılır. İşçi qrupunun funksiyasına layihənin icrasının planlaşdırılması və gerçəkləşdirilməsinin təşkili, o cümlədən zəruri texnoloji iş şəraitinin yaradılması, avadanlıqların alınması, elmi kadrların hazırlanması daxildir.

İşçi qrupunun Fizika İnstitutunun Kriogen korpusunda yerləşdirilməsi nəzərdə tutulur. Korpusda 3 ay müddətində zəruri işçi şəraitin təmin edilməsi mümükündür. Birinci mərhələnin müddəti 2 ildir. İkinci mərhələdə keçmiş Fotoelektronika İnstitutunun korpusunda zəruri təmir və yenidənqurma işlərinin yekunlaşdırılması, alınmış avadanlıqların quraşdırılması və istifadəyə verilməsi, Mərkəzin yeni infrastruktur çərçivəsində tam miqyaslı fəaliyyətinin təmin edilməsi nəzərdə tutulur. İkinci mərhələnin müddəti 3 ildir.

 

Trend.az