Azərbaycanda səhiyyə sahəsində yeni elektron xidmətin tətbiqinə başlanılıb

Posted by

Azərbaycan Səhiyyə Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkə ərazisində yeni elektron xidmətin tətbiqinə başlayıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, aprelin 21-dən 26-dək Azərbaycanda immunlaşdırma həftəsi keçirilir. Bu tədbir son bir neçə ildə Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü əsasında keçirilir.

Nazirlikdən bildirilib ki, Azərbaycanda bu il də peyvənddən hər hansı səbəbdən kənarda qalan uşaqların 21-26 aprel tarixlərində peyvəndə cəlbi nəzərdə tutulub.

Bu il də Ümumdünya Səhiyyə Təşkilatı və Beynəlxalq Telekommunikasiya Təşkilatı dünya ölkələrinə, o cümlədən Azərbaycana müraciət ediblər. Onlar bu müraciətlərində həmin müddət ərzində əhalinin maarifləndirilməsi üçün SMS xidmətindən istifadə edilməsini xahiş ediblər.

Həmin SMS vasitəsilə əhali immunlaşdırma həftəsinin keçirilməsindən xəbərdar olur və valideynlərdən xahiş edilir ki, peyvənd olunmayan uşaqları bu prosesə cəlb edilsin. Bu xidmət sabah yekunlaşacaq.

Trend.az