Avropa İttifaqı “Şərq tərəfdaşlığı” ölkələri ərazisində yayımlanacaq rusdilli telekanal yarada bilər
Avropa İttifaqına sədrlik edən Latviya yanvarın 19-da Aİ ölkələri xarici işlər nazirlərinin görüşündə yeni rusdilli televiziya kanalının yaradılması barədə məsələ qaldıracaq. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, telekanal “Şərq tərəfdaşlığı” ölkələrindəki (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova, Belarus) rusdilli auditoriya üçün nəzərdə tutulur.
Rusiya XİN məsələyə münasibət bildirib. Moskva hesab edir ki, əks-təbliğat məqsədli rusdilli kanalın yaradılması söz azadlığı prinsipinə ziddir.
Apa/az