Azərbaycanda sanatoriyaların bərpası üçün ayrılan vəsaitin həcmi açıqlandı

Posted by

Bakıda Şıxov sanatoriyası istisna olmaqla, digərlərində yenidənqurma işləri aparılır. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, millət vəkili Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, sanatoriyaların bərpası üçün 2 milyon manata yaxın vəsait ayrılıb və bu vəsait sayəsində bütün sanatoriyaların həyəti abadlaşdırılıb, müasir formaya salınıb.

Onun sözlərinə görə, artıq sanatoriyaların tibbi və mətbəx avadanlıqları da dəyişdirilib, yenidən qurulub: “Bütün imkanlarımızı səfərbər edirik ki, istirahətə gələnlər üçün imkanlar yaradaq. İldən-ilə istirahət edənlərin sayı artır. Keçən il üçün AHİK xətti ilə 50 mindən artıq insan sanatoriyalarda istirahət edib. Eyni zamanda həm təşkilatlar, həm də sahə həmkarlar ittifaqları tərəfindən insanların istirahəti üçün külli miqdarda vəsait xərclənir”.

Trend.az