Azərbaycanda sağlamlıq imkanları məhdud uşağa qulluğa görə əlavə maliyyə yardımı göstəriləcək

Posted by

Azərbaycanda sağlamlıq imkanları məhdud uşağa qulluğa görə əlavə maliyyə yardımı göstəriləcəkAzərbaycanda sağlamlıq imkanları məhdud uşağa qulluğa görə əlavə maliyyə yardımı göstəriləcək

Azərbaycanda sağlamlıq imkanları məhdud uşağa qulluğa görə əlavə maliyyə yardımı göstəriləcək

Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaq doğulduqda ona qulluğa görə əlavə maliyyə yardımı göstərilə bilər.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bu, hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı (2014-2025-cı illər)” layihəsində qeyd edilib.

 

Layihəyə görə, bununla bağlı təkliflərin gələn il hazırlanaraq hökumətə təqdim edilməsi nəzərdə tutulur. Təkliflər Səhiyyə, Maliyyə, İqtisadiyyat və Sənaye anzirlikləri və Dövlət Sosial Müdafiə Fondu ilə birgə hazırlanacaq.

 

Layihədə o da qeyd edilir ki, qanunvericiliklə nəzərdə tutulmuş yaş həddinə çatana qədər uşağa qulluqla əlaqədar müavinətin məbləği ölkə üzrə yaşayış minimumu səviyyəsinə çatdırılacaq.

 

Trend.az