Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilmə mərhələləri artırılacaq

Posted by

Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilmə mərhələləri artırılacaqAzərbaycanda rezidenturaya qəbul imtahanının keçirilmə mərhələləri artırılacaq

Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilmə mərhələləri artırılacaq

Azərbaycanda baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsi üzrə qəbul imtahanının keçirilməsi çətinləşdiriləcək, imtahanın keçirilmə mərhələləri artırılacaq.

 

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hazırda rezidenturaya imtahanlar iki mərhələdə keçirilir. İlk mərhələdə test imtahanları əsas fənləri, ikinci mərhələdə isə ixtisas fənlərini əhatə edir. Gələcəkdə isə imtahanların üçüncü mərhələsinin – simulyator və manekenlərdə təcrübənin keçirilməsi planlaşdırılır.

 

Azərbaycanda rezidenturaya qəbul imtahanının keçirilməsinə 2011-ci ildən başlanılıb. Həmin il rezidentura səviyyəsində 37 ixtisas üzrə həkim-mütəxəssislərin hazırlığına başlanılıb. 2011-ci ildə imtahanlarda iştirak etmiş 1063 namizədin 819-u həmin ilin məzunu olub. 2014-cü ildə isə imtahanda iştirak etmiş 1414 namizədin 666-sı bu ilin məzunları olub.

 

Trend.az