Azərbaycanda qəbul imtahanları ilə əlaqədar Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi tarixlər açıqlanıb

Posted by

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014-2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili məktəblərinə keçirilən qəbul imtahanları ilə əlaqədar yaradılacaq Apelyasiya komissiyalarının fəaliyyət gəstərəcəyi tarixləri açıqlayıb.

Komissiyanın mətbuat xidmətindən Trend-ə bildirilib ki, qəbul imtahanları ilə əlaqədar vətəndaşlar yalnız qeyd edilən tarixlərdə TQDK-ya müraciət edə bilərlər.

Əvvəlki illərin məzunları üçün I və III qruplar üzrə Apelyasiya Komissiyası mayın 19-da fəaliyyət göstərəcək ki, həmin tarixdə yalnız qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar müraciətlərə baxılacaq. Əvvəlki illərin məzunlarının digər müraciətləri isə mayın 27-dən 30-dək (mayın 28-i istisna olmaqla) Apelyasiya Komissiyası tərəfindən araşdırılacaq.

Cari ilin məzunları üçün test tapşırıqlarının məzmunu ilə əlaqədar I və IV qruplar üzrə Apelyasiya Komissiyası iyulun 14-də, II və III qruplar üzrə iyulun 21-də fəaliyyət göstərəcək.

Cari ilin məzunları üçün digər müraciətlərə iyulun 30-dan avqustun 1-dək baxılacaq. Apelyasiya komissiyalarının işi başa çatdıqdan sonra imtahanlarla bağlı heç bir müraciətə baxılmayacaq.

Qeyd edək ki, əvvəlki illərin məzunları üçün qəbul imtahanı I və IV ixtisas qrupları üzrə mayın 18-də olacaq. Əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə qəbul imtahanı artıq mayın 11-də keçirilib.

Cari ilin məzunları üçün ali məktəblərə qəbul imtahanları I və IV qruplar üzrə iyulun 12-də, II və III qruplar üzrə isə iyulun 20-də keçiriləcək.

Trend.az