Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər

Posted by

Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər

 

Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər

Azərbaycanda psixoloji xidmət haqqında qanun qəbul edilə bilər

 

Azərbaycanda insanların psixoloji “şarlatan”lardan qorunması təklif edilir.

Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının bu gün keçirilən ilk plenar iclasında millət vəkili Musa Quliyev parlament tərəfindən “Psixoloji xidmət haqqında” Qanunun müzakirəsini və qəbul edilməsini təklif edib.

Deputat bildirib ki, dünyanın bir çox ölkələrində belə bir qanun mövcuddur və azı ayda 3 dəfə psixoloq xidmətinə müraciət edirlər: “Gənclərin terror təşkilatlarına qoşulması və digər bir sıra problemlər psixoloji boşluqdan yaranır. Bunun qarşısını almaq üçün”Psixoloji xidmət haqqında” Qanun qəbul olunmalıdır. Onu da deyim ki, MDB ölkələrinin bir çoxunda bu qanun qəbul edilib. Əgər tələb olunarsa, bizim komissiyamız bu məsələni işləyib hazırlaya bilər və bu yaz sessiyasında bunu qəbul edə bilərik”.

Onun fikrincə, hazırda cəmiyyət elə bir mərhələyə gəlib çıxıb ki, insanlar müxtəlif vasitələrlə psixoloji təsirlərə məruz qalırlar: “Cadugərlərin, cindarların, ekstrasenslərin ekranlarda meydan sulaması, insanların dini ekstremist təmayüllü cərəyanlara qoşulması psixoloji mühitin qorunmaması ilə bağlıdır. Ona görə də insanları “psixoloji şarlatanlar”dan qorumaq üçün belə bir qanunun qəbul edilməsi məqsədə uyğun olardı”.

Deputatın təklifinə cavab olaraq Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu məsələ çox aktual olsa da, bununla bağlı qanun qəbul edilməsinin vaxtı hələ çatmayıb: “Bunu qanun halına salmaq üçün Azərbaycanda psixoloqların sayı lazımi qədər deyil. Bunun üçün ilk növbədə onları yetişdirmək lazımdır. Biz indi bu qanunu qəbul etsək də, onun heç bir mənası olmayacaq”.

 

Trend.az