Azərbaycanda şou-biznes nümayəndələrinin vergidən yayınması müzakirə edildi
Azərbaycanda vergidən yayınma hallarına son qoyulmalıdır. Trend-in məlumatına görə, bu təkliflə millət vəkili Rafael Cəbrayılov Milli Məclisdə “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Millət vəkili söyləyib ki, son illər kirayə verilən evlərlə bağlı məsələ çiçəklənmə dövrünü yaşayır: “Bu sahə son illər inkişaf etsə də, kirayə ev verənlərin vergi verməsinin şahidi olmuruq”.
O, qeyd edib ki, vergidən yayınma halları restoran, şadlıq evləri sahibləri və şou-biznes nümayəndələri arasında da var: “Onların gəlirləri ilə ödədikləri vergi arasında fərq çox böyükdür. Artıq Azərbaycanda da vergidən yayınma hallarına son qoymağın vaxtı çatıb”.
Trend/az