Azərbaycanda ünvanlı sosial yardımların təyinatı asanlaşdırılır

Posted by

Azərbaycanda ünvanlı sosial yardımların təyinatı asanlaşdırılırAzərbaycanda ünvanlı sosial yardımların təyinatı asanlaşdırılır

Azərbaycanda ünvanlı sosial yardımların təyinatı asanlaşdırılır

Aztəminatlı vətəndaşların ünvanlı sosial yardım almaları üçün elektron şəkildə müraciət etmələri məqsədilə hazırlanan layihə ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin nümayəndələri ilə “Elektron Hökumət” portalının operatoru – Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin əməkdaşları arasında növbəti müzakirələr aparılıb.

 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə bildiriblər ki, toplantıda Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) hazırlanması ilə bağlı tələb olunan arayış və məlumatlar üzrə informasiya resurslarının “Elektron Hökumət” portalına inteqrasiyası, bununla bağlı əlaqəli qurumlarla iş və ünvanlı sosial yardımların təyinatında bütün mərhələlərin elektron təşkili müzakirə olunub.

 

“Elektron hökumət” portalı vasitəsilə arayış və məlumatlar üzrə informasiya resurslarının çıxışı üçün ƏƏSMN-ə lazımi texniki imkanlar yaradılması, hazırlanacaq sistemdə vətəndaşların elektron xidmətdən istifadə etməsi üçün autentifikasiya mexanizmləri, həmçinin müraciətlərin təsdiqi ilə bağlı e-imza həlli barədə müzakirələr aparılıb.

 

Qarşılıqlı fikir mübadiləsi zamanı hər iki tərəfin mütəxəssisləri sistemin qurulması üçün istifadə ediləcək vasitələri və aparılacaq işlərin planını razılaşdırıblar.

 

Layihə rahat və şəffaf xidmətlərə geniş çıxışın təmin olunmasına xidmət edəcək, ünvanlı dövlət sosial yardımı üçün elektron qaydada müraciətlər qəbul olunduqdan sonra rayon (şəhər) əhalisinin sosial müdafiəsi mərkəzləri tərəfindən onlara verilən tapşırıq əsasında ailələrin maddi-məişət şəraitinin müayinəsi aparılacaq. Bu proses müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə aparılacaq və nəticələrin real vaxt rejimində VEMTAS-a ötürülməsini təmin edəcək. Əldə olunan məlumatlar ümumiləşdirildikdən sonra müraciət edən ailəyə yardımın təyin olunması barədə qərar qəbul olunacaq. Vətəndaşa və ailəsinə bu barədə məlumat elektron qaydada veriləcək.

 

Cari işlər yekunlaşdıqdan sonra “Elektron hökumət” portalına qoşulan informasiya sistemləri və ehtiyatları vasitəsilə ünvanlı sosial yardımların təyinatı prosesləri daha rahat və şəffaf olacaq.

 

Trend.az