Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb

Posted by

Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıbAzərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb

Azərbaycanda ünvanlı sosial yardım alanların sayı azalıb

Azərbaycanda davamlı sosial-iqtisadi inkişaf şəraitində əhalinin rifah halının mütəmadi yaxşılaşması, eyni zamanda dövlət sosial yardımlarının təyinatında ünvanlılığın və şəffaflığın təminatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı yardım təyin olunan ailələrin sayı azalmaqda davam edir.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, 2014-cü ilin noyabr ayında respublikamızda 96 265 ailə (420663 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 47638 ailə (209632 nəfər və ya 33,3 %) azdır.

 

Ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7.5% artaraq 148.97 manata çatıb.

 

Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri davam etdirilir. Belə ki, qabaqcıl dünya təcrübəsindən yararlanmaqla bu sahədə Azərbaycana məxsus yeni bir sistem qurulub. Yeni elektron sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qəbulu və yardımların təyinatının avtomatik şəraitdə həyata keçirilməsini nəzərdə tutur.

 

Aztəminatlı ailələrin səmərəli əmək fəaliyyəti ilə məşğul olmaqla reabilitasiya edilməsi imkanlarının yaradılması, həmçinin ailələrin sosial yardımlara ehtiyacının müəyyən edilməsi qaydalarının təkmilləşdirilməsi istiqamətində də işlər aparılır. Bununla əlaqədar “Ünvanlı dövlət sosial yardımı haqqında” qanuna əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi hazırlanaraq hökumətə təqdim olunub.

 

Trend.az