Azərbaycanda noutbukların seriyalı istehsalına başlanacaq
Tayvanın “Acer” şirkətinin kompüterləri Mingəçevirdəki KÜR kompüter texnikası istehsalı zavodunun bazasında istehsal olunacaq. Bu barədə Trend-ə ölkənin İT bazarındakı mənbə bildirib.
Agentliyin müsahibinin sözlərinə görə, KÜR zavodunda “Acer” kompüter texnikası istehsalının genişləndirilməsi ilə bağlı məsələ tərəflərin danışıqlarının predmetidir: “Danışıqların nəticəsi yanvarın sonuna kimi elan ediləcək”.
Əməkdaşlığa bu vendorun məhsuluna və texnikasına servis xidməti təklif edən Azərbaycanın aparıcı IT şirkətləri də cəlb ediləcəklər.
İstehsal edilən kompüter texnikası “Intel” şirkətinin prosessor və çiplərinə əsaslanacaq.
Trend.az