Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 5,5% artıb

Posted by

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 5,5% artıbAzərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 5,5% artıb

Azərbaycanda muzdlu işçilərin orta aylıq əmək haqqı 5,5% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,5% artaraq 441,8 manat təşkil edib.

 

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 1 756,5 manat, qeyri-neft sektorunda 408,7 manat, dövlət bölməsində 355,9 manat, özəl bölmədə 567,3 manat təşkil edib.

 

Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olub. Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 262,0 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 311,5 manat təşkil edib.

 

Apa.az